Tualetdə mobil telefon istifadə edənlərə xəbərdarlıq


Digərləri 10 Yan 2019 16:30:00 212 0

Tualetdə mobil telefon istifadə edənlərə xəbərdarlıq

Müasir günümüzdə xüsusən də gənclərin bir çoxu tualetə girəndə mobil telefonlarını da özləri ilə aparırlar. Bəzən isə mobil telefona başı qarışanlar 30-40 dəqiqə vaxtını tualetdə keçirir.

Son.az ölkə.az-a istindən bildirir ki, İngiltərənin Surrey universitetinin mikrobiologiya fakultəsinin tələbələri mobil telefonlarla bağlı araşdırma aparıblar. Məlum olub ki, tualetə aparılan cib telefonu bu mühitdəki mikrobları özünə yığır və əl, ağız və dəri yolu ilə bizə təhlükə yaradır.

Mobil telefonlarda tualetlərə nisbətən 18 dəfə çox bakteriya olur. Universitetin alimi doktor Simon Park mobil telefonların rabitə vasitəsi olması ilə birlikdə istifadəçilərin fərdi izlərini də daşıdığını bildirib. Telefonlara qida və içki bulaşır. Bu səbəbdən də bakteriyaların içində qida zəhəri tərkibliləri də olur.