Mərkəzi Bankın valyuta ehtiyatları artıb - 5,4 faiz


Digərləri 10 Yan 2019 16:08:00 461 0

Mərkəzi Bankın valyuta ehtiyatları artıb - 5,4 faiz

Mərkəzi Bankın sərəncamında olan valyuta ehtiyatları 5 622,5 milyon dollara bərabər olub.

Bakı. Taleh Mursaqulov - 2018-ci il dekabrın sonuna Mərkəzi Bankın sərəncamında olan valyuta ehtiyatları ötən ilin eyni dövrü ilə müqayisədə 287,9 milyon dollar (5,4 faiz) artaraq 5 622,5 milyon dollara bərabər olub. Trend-in məlumatına görə, bu barədə Mərkəzi Bankın statistik hesabatında deyilir.