“WhatsApp”ın sirr olaraq saxladığı funksiya üzə çıxdı


Digərləri 10 Yan 2019 15:58:00 296 0

“WhatsApp”ın sirr olaraq saxladığı funksiya üzə çıxdı

"WhatsApp"ın Android istifadəçiləri üçün tətbiq etdiyi yeniliyin beta versiyasında bir funksiya diqqət çəkib.

Son.az oxu.az-a istinadən məlumat verir ki, "WhatsApp"ın uzun zamandır üzərində çalışılan və sirr olaraq saxlanılan yeni xüsusiyyəti üzə çıxıb.

iOS platforması üçün Face İD və Touch İD xüsusiyyətlərini təkmilləşdirməyə davam edən "WhatsApp" Android üçün də barmaq izi ilə şəxsiyyəti təsdiq etmə funksiyasını test etməyə başlayıb. Androidin Betasının 2.19.3 versiyasında "WhatsApp"ı barmaq izi ilə kilidləmək imkanı verilir.

Artıq barmaq izini daxil edə bilməyən "WhatsApp"a girə bilməyəcək. Beləcə, telefonun ekran kilidini açsanız belə, "WhatsApp"a qoşulmaq üçün ayrıca barmaq izini də daxil etməli olacaqsınız.


Xəbərə aid fotolar