Gürcüstan azərbaycanlılarından dövlət qarşısında ciddi tələb


Digərləri 10 Yan 2019 15:35:00 438 0

Gürcüstan azərbaycanlılarından dövlət qarşısında ciddi tələb

Bu gün gürcüstanlı soydaşlarımızın miqrasiya sahəsindəki problemlərinə dair bir qrup Borçalı əsilli azərbaycanlının iştirakı ilə mətbuat konfransı keçirilib.

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Qafqazşünas Kamran Ramazanlının sözlərinə görə, Gürcüstandan Azərbaycan Respublikasına 4 qrup insan gəlir. Bunlar tələbələr, işləməyə gələnlər, dədə-baba yurdundan qovulanlar və qarışıq nikahlı ailələrdir: "Əsas problem işləməyə gələnlərlə bağlı olur. Çünki iş icazəsi almaq üçün rüsumlar çoxdur, tibbi müayinələrin qiyməti çox bahadır. Gürcüstanda isə iş yerləri çox məhduddur. Buna görə də soydaşlarımız daha çox Türkiəyə və Azərbaycana çox üz tuturlar". 

"Bilirsiniz, Rusiyaya gediş-gəliş də məhduddur. Türkiyəyə və Azərbaycana iş dalınca gedənlərin ailələri Gürcüstanda qalır. Onlar iş müddəti bitəndə geri qayıdırlar. İş üçün Belarusiyaya və digər ölkələrə gedənlər isə geri qayıtmır, ailələrində ciddi problemlər yaranır" - deyə o qeyd edib.

K.Ramazanlı qeyd edib ki, Zviad Qamsaxurdiyanın hakimiyyəti dövründə Bolnisi rayon mərkəzindn (800 ailə), Kazreti qəsəbəsindən (350-dən çox ailə), Dmanisi rayon mərkəzindən (400 dən çox), Tiflis ətrafından (615 dən çox ailə) qısa müddətdə öz ev-eşiklərindən qovulublar.

Onların böyük əksəriyyəti Azərbaycana gəlsə də, bu günə qədər istər Gürcüstanda, istərsə də Azərbaycanda onların statusuna aydınlıq gətirilməyib: "Hətta Azərbaycan ordusunda xidmət etmiş yüksək rütbəli zabitlər var ki, onlar da Azərbaycan vətəndaşlığı ala bilməyiblər".