"Məgər mənim evim bankdır ki, şüşələri gülləkeçirməz olsun?"


Digərləri 10 Yan 2019 15:22:00 225 0

"Məgər mənim evim bankdır ki, şüşələri gülləkeçirməz olsun?"

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudası olan sabiq millət vəkili hacı Qalib Salahzadə evinə gülləkeçirməz şüşələr qoydurması barədə yayılan xəbərlərə münasibət bildirib.

Son.az xəbər verir ki, Hacı Qalib Salahzadə ölkə.az-a açıqlamasında evinin şüşələrinin zirehli olmadığını söyləyib:

"Əslində, mənim evim zirehli deyil. Sadəcə olaraq, məclislərdən birində bir adamı yoxlamaq üçün evimin şüşələrinin gülləkeçirməz olması barədə fikir söyləmişəm. Yəni, bunu söyləməklə həmin adamın düzgünlüyünü yoxlamaq istəyirdim. Ona görə də belə bir blef etmişəm. Amma az keçmədən həmin adam barəsində təxminlərim özünü doğrultdu. Mənə deyirdilər ki, o adam yaxşı insan deyil, amma mən tərəddüd edirdim. Sonra əmin oldum ki, doğrudan da, yaxşı adam deyil imiş".

Şeyxin qudası deyib ki, evində heç bir zirehli materialdan istifadə olunmayıb: