Sumqayıt-ın rəqibləri məlum oldu


İdman 10 Yan 2019 15:28:00 704 0

Sumqayıt-ın rəqibləri məlum oldu

"Sumqayıt" yanvarın 4-dən etibarən Premyer Liqanın ikinci yarısı üçün hazırlıqlara start verib.

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda baş məşqçi Ayxan Abbasovun planına əsasən, hazırlığın ilk hissəsini yanvarın 11-dək ölkə daxilində keçəcək.

"Sumqayıt" hazırlığın ikinci mərhələsini isə yanvarın 13-dən 27-dək Türkiyədə davam etdirəcək. Təlim-məşq toplanışını Antalyanın Belek bölgəsində keçəcək “Sumqayıt” "IC Santai" hotelində məskunlaşacaq.

"Kimyaçılar" Türkiyədə 4 yoxlama oyunu keçirəcək. Ayxan Abbasovun rəhbərlik etdiyi komanda yanvarın 15-də Qazaxıstanın "Jetısu", 19-də Bosniya və Herseqovinanın "Çelik", 22-də Makedoniyanın "Vardar", 26-da isə Serbiyanın "Zemun" klubları ilə qarşılaşacaq.