Yanvarın 21-də gözünüz göydə olsun, çünki...


Digərləri 10 Yan 2019 15:20:00 560 0

Yanvarın 21-də gözünüz göydə olsun, çünki...

2019-cu ilin ilk Ay tutulması hadisəsi yanvarın 21-də Bakı vaxtı ilə saat 07:34-10:51-də baş verəcək.

Bakı. İlhamə İsabalayeva - 2019-cu ilin ilk Ay tutulması hadisəsi yanvarın 21-də Bakı vaxtı ilə saat 07:34-10:51-də baş verəcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib.