İranda qar yolları bağladı


Dünya 10 Yan 2019 15:13:00 228 0

İranda qar yolları bağladı

Qar və çovğun İranın Zəncan vilayətində 50 kəndin yolunu bağlayıb. İranın Mazandaran vilayətində isə güclü qar yağması nəticəsində 30 kəndin rayonla əlaqəsi kəsilib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Zəncan vilayəti Yol və Yol Nəqliyyatı Baş İdarəsi rəisinin müavini Cavad Yusifi deyib.

İranın Yardım və Xilasetmə Təşkilatının sədri Murtaza Səlimi ötən 24 saat ərzində 9 vilayətdə, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, İsfahan, Çahar-Mahal və Bəxtiyari, Kürdüstan, Kohgiluyə və Buyir-Əhməd və Mazandaran vilayətlərində güclü qar və çovğunun olduğunu bildirib.