Türk ordusu görünməmiş müharibə hazırlığı içərisində


Digərləri 10 Yan 2019 15:17:00 465 0

Türk ordusu görünməmiş müharibə hazırlığı içərisində

Türkiyə Silahlı Qüvvələri dənizlərdə genişmiqyaslı təlimlər keçirməyə hazırlaşır. 

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, Türk donanmasının indiyə qədər görünməmiş ən böyük müharibə hazırlığı kimi dəyərləndirilən təlimə "Mavi Vətən" adı verilib.

Yunanıstan və Cənubi Kipr rəhbərliyinin işğal cəhdlərinə qarşı Türkiyənin müdafiə naziri Hulusi Akar bu ölkənin dəniz sularını "462 min kilometrlik mavi vətən" adlandırmışdı. "Mavi Vətən" təlimi 27 fevral - 3 mart tarixlərində keçiriləcək.