Tərtər çayı üzərində 126 metr uzunluğunda yeni körpü inşa edilib


Digərləri 10 Yan 2019 14:54:00 457 0

Tərtər çayı üzərində 126 metr uzunluğunda yeni körpü inşa edilib

Bərdə şəhərinin şimal və cənub hissələrini birləşdirən Tərtər çayı üzərində qəzalı vəziyyətə düşmüş mövcud körpünün sökülərək yerində yeni körpünün tikintisi işləri artıq yekunlaşdırılıb.

Bakı. Bərdə şəhərinin şimal və cənub hissələrini birləşdirən Tərtər çayı üzərində qəzalı vəziyyətə düşmüş mövcud körpünün sökülərək yerində yeni körpünün tikintisi işləri artıq yekunlaşdırılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, aparılan işlər çərçivəsində köhnə körpü qısa müddət ərzində sökülüb. Əvəzinə yeni körpünün özülünün və sütunlarının tikintisi aparılaraq başa çatdırılıb, dayaqlar üzərində aşırım tirləri quraşdırılıb. 4 aşırımlı körpünün ümumi uzunluğu 126 metr, qabariti isə 11.5 metrdir. Vətəndaşların körpü ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə hər bir istiqamət üzrə 1.5 metr enində piyada səkilərinin də tikintisi həyata keçirilib.