Lənkəran sakini qısqanclığa görə həmkəndlisini bıçaqladı


Kriminal 10 Yan 2019 14:18:00 491 0

Lənkəran sakini qısqanclığa görə həmkəndlisini bıçaqladı

Lənkəran rayon sakini həmkəndlisini bıçaqlayıb.

Son.az report-a istinadən bildirir ki, hadisə rayonun Osakücə kəndi ərazisində baş verib. 

Belə ki, həmin kəndin sakini, 34 yaşlı Elsevər Paşa oğlu İsmayılov həmkəndlisi tərəfindən bıçaqlanıb. 

Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir. Hadisəni törədən şəxsin kimliyi açıqlanmasa da polis əməkdaşları tərəfindən saxlanıldığı bildirilir.