Qar yolları bağladı – İranda


Digərləri 10 Yan 2019 14:17:01 386 0

Qar yolları bağladı – İranda

Qar və çovğun İranın Zəncan vilayətində 50 kəndin yolunu bağlayıb.

Bakı. Elnur Bağışov - Qar və çovğun İranın Zəncan vilayətində 50 kəndin yolunu bağlayıb. İranın Mazandaran vilayətində isə güclü qar yağması nəticəsində 30 kəndin rayonla əlaqəsi kəsilib. Trend-in məlumatına görə, bunu İranın Zəncan vilayəti Yol və Yol Nəqliyyatı Baş İdarəsi rəisinin müavini Cavad Yusifi deyib. İranın Yardım və Xilasetmə Təşkilatının sədri Murtaza Səlimi ötən 24 saat ərzində 9 vilayətdə, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, İsfahan, Çahar-Mahal və Bəxtiyari, Kürdüstan, Kohgiluyə və Buyir-Əhməd və Mazandaran vilayətlərində güclü qar və çovğunun olduğunu bildirib.