iPhonea görə əlil oldu FOTO


Digərləri 10 Yan 2019 13:56:00 192 0

iPhonea görə əlil oldu  FOTO

Çində 25 yaşlı şəxs iPhone və iPad almaq üçün "qara bazarda" böyrəyini satıb. İndi o, böyrək çatışmazlığından əziyyət çəkən əlildir.

Son.az Daily Mail-ə istinadən bildirir ki, o, 2011-ci ildə, 17 yaşı olanda iPhone və iPad almaq fikrinə düşmüşdü. Belə bahalı qacetlər üçün valideynlərdə pul olmadığından gənc internetdə axtarış apararaq orqan tacirlərini tapıb. Onlar gəncə deyiblər ki, böyrəklərindən birini transplantasiya əməliyyatı üçün verərsə, yaxşı pul ala bilər.

Elə həmin ilin aprelində gənc valideynlərindən gizlin şəkildə qonşu vilayətə yollanıb. Orada gəncin böyrəyi kəsilib çıxarılıb, pasiyentə transplantasiya edilib. Pasiyent böyrəyə görə 10 min dollar, əməliyyata görə 150 min yuan ödəyib.

Həmin pulların 10 faizi, yəni 22 min yuan (3218 dollar) gəncə verilib.

17 yaşlı gənc də dərhal iPhone 4 və iPad 2 alıb.


Xəbərə aid fotolar