Qobustan qoruğuna gələn turistlərin sayı artıb


Digərləri 10 Yan 2019 13:25:00 189 0

Qobustan qoruğuna gələn turistlərin sayı artıb

Ötən il Qobustan Milli Tarix-Bədii Qoruğunu 123 mindən çox turist ziyarət edib

Ötən il Qobustan Milli Tarix-Bədii Qoruğunu 123 mindən çox turist ziyarət edib.

Son.az Trend-ə istinadən bildirir ki, qoruğun direktoru Vüqar İsayev bildirib ki, 2018-ci ildə Qobustan qayaüstü rəsmlərini, minilliklərin daş yaddaşını görmək üçün buraya gələn ziyarətçilərin sayı 2017-ci illə müqayisədə 40 min nəfər (təxminən 50 faiz) artıb. 123 min ziyarətçidən 58 mini xarici ölkə vətəndaşlarıdır:

"Əcnəbi ziyarətçilər 20-dən artıq ölkədən - Türkiyə, İran, Rusiya, Almaniya, İngiltərə, Pakistan, Çin, ABŞ, İndoneziya, Qazaxıstan və ərəb ölkələrindən gəliblər. Bununla yanaşı, bəzən bizim üçün ekzotik hesab olunacaq ölkələrdən də turistlərimiz olur. Məsələn, Fici adaları və Dominikan Respublikası kimi".