Rusiyada astmaya qarşı dünyada analoqu olmayan dərman hazırlanıb


Digərləri 10 Yan 2019 13:20:00 220 0

Rusiyada astmaya qarşı dünyada analoqu olmayan dərman hazırlanıb

Rusiyalı alimlər astmanın əsas mexanizmlərindən biri olan xroniki bronxiti dayandıran dərman işləyib hazırlayıblar

.

Son.az oxu.az-a istinadla xəbər verir ki, bu haqda "İzvestiya" məlumat verir.

Federal tibbi-bioloji agentliyinin İmmunologiya İnstitutunun mütəxəssisləri xəstələri boğulmaqdan xilas edən xüsusi vasitə hazırlayıblar. Alimlər qeyd edirlər ki, dərman vasitəsi təkcə xəstəliyin əlamətləri ilə mübarizə aparmayacaq, eyni zamanda, xəstəliyin yaranma səbəbinə təsir edəcək.

Dərman vasitəsi bir sıra sınaq mərhələlərini keçib. Mütəxəssislər siçanlar üzərində müşahidə apararaq isbat ediblər ki, dərmanın inqalyasiya vasitəsilə qəbul edilməsi bronx toxumalarının iltihabını kəskin şəkildə azaldır.

Dərman vasitəsinin tərkibinə iki maddə - interleykin-4 maddəsini ifrazını dayandıran miRNT molekulu (kiçik kodlaşdırılmamış ribonuklein turşusu molekulu) və iltihabın dayandırılması üçün dərman vasitəsini daha vacib bölgələrə çatdırmağa xidmət edən kasion peptid daxildir.