Rüşvət almaqda təqsirləndirilən gömrük mayorunun məhkəməsi başladı


Digərləri 10 Yan 2019 13:05:43 204 0

Rüşvət almaqda təqsirləndirilən gömrük mayorunun məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Ayaz Cəfərəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Ayaz Cəfərəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Trend-in məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin baxış iclası yanvarın 16-na təyin edilib. Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumata əsasən, Bakı Baş Gömrük İdarəsi "İpək yolu" gömrük postuna təhkim olunan Baş Gömrük Mühafizə Xidmətinin "Şimal" gömrük mühafizə dəstəsinin böyük mühafizəçisi, gömrük xidməti mayoru Cəfərəliyev Ayaz Nəcəfqulu oğlu "İpək yolu" gömrük postunun 6-cı anbarında xidmət aparan zaman qulluq mövqeyindən sui-istifadə edərək "S3 Safety" MMC-nin ünvanına daxil olan yük nəqliyyat vasitəsinə baxış keçirdiyi üçün həmin şirkətin nümayəndəsi Rəhimov Rəşad İbrahim oğlundan qeyri-qanuni pul vəsaiti istəyib, Rəhimov Rəşad İbrahim oğlu da ona qeyri-qanuni olaraq vəsaiti verib.