Qvardiola: “Bu qədər qol vuracağımızı gözləmirdim”


İdman 10 Yan 2019 12:47:00 747 0

Qvardiola: “Bu qədər qol vuracağımızı gözləmirdim”

Manchester City-nin baş məşqçisi Pep Qvardiola İngiltərə Liqa kubokunun yarımfinalında Burton üzərində qələbədən (9:0) danışıb.

Goal.az xəbər verir ki, çalışdırıcı bu cür nəticə gözləmədiyini deyib: “Burton Çemionşipdə və Premyer Liqada bir çox komandanı sıradan çıxarıb. Zəif klub deyil. Baş məşqçi Naycel Klaf əla mütəxəssisdir. İncəlikləri atasından öyrənib. Xarizmatik məşqçidir. Qalib gələcəyimizə inanırdım. Bu qədər qol vuracağımızı gözləmirdim. Manchester City-nin muzeyində çox mükafat yoxdur. Buna görə də final matçlarından yararlanmalıyıq ki, muzeyi bəzəyək”.