Əməkdar artist şəhid ərinin görüntülərini paylaşdı


Şou-biznes 10 Yan 2019 12:25:00 366 0

Əməkdar artist şəhid ərinin görüntülərini paylaşdı

Əməkdar artist Gülüstan Əliyeva instaqram-da Qarabağ döyüşlərində şəhid olan həyat yoldaşı Zahid Əhmədovun görüntülərini yayıb. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi şəhidin 10 yanvar tarixində doğum günü olduğunu qeyd edib. 

G.Əliyeva, əvvəlcə Z.Əhmədovun dostları ilə videosunu paylaşaraq belə şərh yazıb: "Unudulmayanlar! Sizləri unutmadıq, vətən üçün doğulduğunuz üçün vətən üçün öldünüz. Bu gün Cəbrayılın igid oğlu Zahid Əhmədovun doğum günüdür. Videoda danışan şəxslər isə şəhidlərimizdir".