ADİU-nin tələbələri PAŞA Bankın İdarə Heyətinin Üzvü ilə görüşüb


Digərləri 10 Yan 2019 12:26:00 200 0

ADİU-nin tələbələri PAŞA Bankın İdarə Heyətinin Üzvü ilə görüşüb

PAŞA Bankın İdarə Heyətinin Üzvü, Baş Risk İnzibatçısı Xəyalə Nağıyeva Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) “Maliyyə”, “Dünya iqtisadiyyatı”, “Biznesin idarə edilməsi” fakültələrinin birinci kurs tələbələri ilə görüş keçirib.

Bakı. PAŞA Bankın İdarə Heyətinin Üzvü, Baş Risk İnzibatçısı Xəyalə Nağıyeva Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) “Maliyyə”, “Dünya iqtisadiyyatı”, “Biznesin idarə edilməsi” fakültələrinin birinci kurs tələbələri ilə görüş keçirib. PAŞA Bankın baş ofisində baş tutmuş tədbirdə 20 xanım tələbə iştirak edib. Tələbələrin xanım Nağıyeva ilə görüşündə əsasən bəşəriyyətin gözəl nümayəndələri qarşısında əmək bazarında açılan karyera imkanları, müasir dünyada təhsilin rolu, əlavə peşəkar bacarıqlara yiyələnmənin vacibliyi və s. kimi mövzular müzakirə olunub. Xanım Nağıyevanın sözlərinə görə müasir qadının karyerasında uğurun əsas komponentlərindən biri öz gücündən əminlik və istənilən fəaliyyət sahəsində rəqabətqabiliyyətli olmağa səy göstərilməsidir.