Kapital Bank-da ahıl “Könüllülər”in də məzun günü keçirildi


Digərləri 10 Yan 2019 12:04:00 207 0

Kapital Bank-da ahıl “Könüllülər”in də məzun günü keçirildi

Xəbər verdiyimiz kimi, Kapital Bank yeni “Könüllülər” proqramına başlayıb.

Bakı. Xəbər verdiyimiz kimi, Kapital Bank yeni “Könüllülər” proqramına başlayıb. Layihə çərçivəsində gənclər Kapital Bank filiallarında təcrübə proqramında iştirak edib, bank xidmətləri barədə biliklərə yiyələniblər. Ötən il, 1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə paytaxt filiallarında, həmçinin təqaüdçülər müştərilərə xidmət göstəriblər. 3 aylıq proqramda iştirak edən təqaüdçülər “Yaşa” Mərkəzinin üzvləri arasından seçilib. 9 dekabr tarixində təqaüdçü “Könüllülər” üçün məzun günü keçirilib, iştirakçılara müvafiq sertifikatlar və hədiyyələr təqdim edilib. “Könüllülər” proqramında iştirak edən təqaüdçülər əsasən ahıl müştərilərə xidmət göstəriblər və onlara bank əməliyyatlarını həyata keçirməkdə köməklik ediblər. Layihəni keçirməkdə məqsəd, yaşlı müştərilərə məhz təqaüdçülər tərəfindən xidmət göstərməklə, onlarda özlərinə inam hissini artırmaq olub.