22 karateçimiz Xorvatiyada Qran Pri turnirində iştirak edəcək
Digərləri 10 Yan 2019 11:43:10 214 0
Yeniyetmə və gənclərdən ibarət karate üzrə seçmə komandalar 11-13 yanvar tarixlərində Xorvatiyaya məsul yarışa yollanıb.
Bakı.
Yeniyetmə və gənclərdən ibarət karate üzrə seçmə komandalar 11-13 yanvar tarixlərində Xorvatiyaya məsul yarışa yollanıb. Samoborda 28-ci Qran Pri turnirində 22 idmançı iştirak edəcək.
Bu barədə Trend-ə Azərbaycan Milli Karate Federasiyasının Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov məlumat verib.
Kumite üzrə baş məşqçi Anar Allahverdiyev yeniyetmələrdə 5 idmançının, müxtəlif yaşlı gənclərdə isə 14 karateçinin yarışa qatılmasına üstünlük verib. 14-15 yaşlı yeniyetmələrdə Ramil Balakişiyev (-52 kq), Hüseyn Məmmədli (-57 kq), Tale Yaqubov (-63 kq), Osman Osmanlı (+70 kq), Fidan Dadaşova (-47 kq), 16-17 yaşlı gənclər arasında Fərid Əbdülkərimov (-55 kq), Əminağa Quliyev (-61 kq), Tural Yaqubov (-68 kq), Fərid Şahbazlı (-76 kq), Musa Sarızadə (+76 kq), Mədinə Sadıqova (-48 kq), Ayla Rzazadə (-59 kq), 18-20 yaşlı gənclərin yarışında isə Müseyib Məmmədov (-60 kq), Qəşəm İskəndərov (-75 kq), Murad Hacızadə (+84 kq), Emil Güləhmədov (+84 kq), İnci Əzizova (-55 kq), Bəsti İsmayılova (-61 kq), Zamira Rzayeva (-68 kq) tatamiyə çıxacaq.
Mənbə: az.trend.az