“Mastercard” loqotipini dəyişir


Digərləri 10 Yan 2019 11:22:00 206 0

“Mastercard” loqotipini dəyişir

Qlobal ödəniş texnologiyaları təchizatçısı olan “Mastercard” şirkəti loqotipini rebrendinq edəcək.

Bakı. Qlobal ödəniş texnologiyaları təchizatçısı olan “Mastercard” şirkəti loqotipini rebrendinq edəcək. Loqodan şirkətin adı götürülərək yalnız kəsişən iki dairə saxlanılacaq. Şirkətin rəhbərliyi hesab edir ki, “Mastercard”ın iki kəsişən dairə şəklində olan simvolu şirkəti bir sözdən daha yaxşı təmsil edir, müasir dizayn isə loqoya rəqəmsal məkanda maneəsiz işləməyə imkan verəcək. “Rəqəmsal texnologiyalar dövründə fikri dəyişmək müasir bəsitlik tələb edir. İnsanlarln 80-i “Mastercard”ın rəmzini sözsüz belə tanıyır, bu səbəbdən düşündük ki, brendin inkişafı istiqamətində növbəti addımın atılmasına hazırıq”, - deyə “Mastercard”ın marketinq və kommunikasiyalar üzrə direktoru Raca Racamannar bildirib.