"Mübariz" klipi İraqda yayımlandı


Digərləri 10 Yan 2019 11:13:00 453 0

"Mübariz" klipi İraqda yayımlandı

Bəstəkar Sevinc Tofiqqızının Milli qəhrəman Mübariz İbrahimova həsr etdiyi mahnı və klip xarici telekanallarda nümayiş etdirilib.  Son.az axşam.az-a istinadən bildirir ki, ekran işi, eyni zamanda, İraqda "TERT TV"də  yayımlanıb.  "Bu, mənim üçün böyük uğur və qürurdur. Vətənimin Milli qəhrəmanını xaricdə də tanıyırlar. Bundan sonra da qəhrəmanlarımızla bağlı geniş əsərlər yazacam" , - bəstəkar bildirib.  Qeyd edək ki, "Mübariz" adlanan mahnının sözləri baba Vəziroğluna aiddir.