Gəncədə 31 yaşlı kişi azyaşlı qızları maşınında dəfələrlə zorlayıb


Digərləri 10 Yan 2019 10:58:34 225 0

Gəncədə 31 yaşlı kişi azyaşlı qızları maşınında dəfələrlə zorlayıb

Zorlamada təqsirli bilinən Kəlbəcər rayonunun Mollabayramlı kəndində anadan olan 1988-ci il təvəllüdlü Namiq Məmmədovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az publika.az-a istinadla xəbər verir ki, Namiq Məmmədov daha öncə də zorlama ittihamı üzrə məhkum olunub. O, 2012-ci ildə Cinayət Məcəlləsinin 149.2.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsi zorlama) və 149.2.5-ci (təkrar zorlama) maddələri ilə ittiham edilib. Həmin il Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

İlk məhkumluq

Gəncə Apelyasiya Məhkəməsinin 2013-cü il tarixli qərarı ilə Namiq Məmmədovun cəzası 1 il 6 aya endirilib. 1 il 6 ay həbsxanada cəza çəkən Namiq Məmmədov azadlığa çıxıb. O, azadlığa çıxandan sonra yenə də zorlama və seksual xarakterli zorakılıq hərəkətləri törədib.

O, 4 dekabr 2014-cü il tarixdə 2000-ci il təvəllüdlü Məlahət İbrahimovaya qarşı seksual xarakterli hərəkətlər edib.

Belə ki, Namiq Məmmədov Məlahətin köməksiz vəziyyətindən istifadə etməklə, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. O, daha sonra azyaşlı qıza qarşı fiziki zor göstərməklə, onunla zorla cinsi əlaqədə olub.

Həbsdən çıxdı, azyaşlını zorladı

Namiq həmin gün Məlahətdən əl çəkməyib. O, 10 nömrəli tam orta məktəbində təhsil alan Məlahətlə yenidən görüşüb.

Namiq Məlahəti 4 dekabr 2014-cü ildə, saat 14 radələrində onu gəzintiyə aparacağı adı ilə aldadaraq, idarə etdiyi "Lada Priora" markalı avtomobilə mindirib və istintaqa məlum olmayan kimsəsiz yerə aparıb. Namiq orada avtomaşını saxlayaraq Məlahətə hədə-qorxu gəlib, zorla onunla cinsi əlaqədə olub.

Dülgər sexində zorakılıq

Daha sonra Namiq Məlahətə qarşı əxlaqsızlıq hərəkətlər edib və onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.

2015-ci ilin martında yenidən Namiq Məlahətə zor tətbiq edərək, onunla cinsi əlaqədə olub.

Bundan əlavə Namiq martın sonlarında Məlahəti aldadaraq idarə etdiyi "Lada Priora" markalı avtomobilə mindirib və Gəncə şəhəri, Avtozavod yolu deyilən ərazidə yerləşən özünün işlədiyi dülgər sexinə aparıb.

Orada Namiq Məlahətə qarşı seksual xarakterli hərəkətlər edib. O, Mətanətə qarşı ən iyrənc formada seksual hərəkətlər edib.

Namiq qıza qarşı əxlaqsızlıq hərəkətlər etdikdən sonra əvvəlcə onunla qeyri-təbii yolla, daha sonra isə təbii yolla cinsi əlaqədə olaraq, ona qarşı zorakılıq göstərib.

Təcavüzə məruz qalan qızın intihar cəhdi

Namiq tərəfindən zorlanan və iyrənc seksual hərəkətlərə məruz qalan Məlahətin psixoloji durumu pozulub. Buna görə də o, özünü öldürmək üçün zəhər qəbul edib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Məlahət üzləşdiyi çirkin əməllər barədə ailəsinə bir söz deməyib. O, evdən qaçıb. Polis tərəfindən tapılan azyaşlı ifadəsində Namiq tərəfindən zorlandığını bildirib.

Bundan sonra Məlahətin ailəsi bu biabırçılığa dözməyərək evlərini sataraq başqa yerə köçüblər. Amma Namiq yenə də öz əməlindən əl çəkməyib. O, çirkin əməllərini başqa qızlara qarşı da davam etdirib.

Bir qız ailəsi ilə evdən qaçdı, başqa qız təcavüzə məruz qaldı