Təcili yardım maşını zədəli futbolçunun ayağının üstündən keçdi


İdman 10 Yan 2019 10:52:00 517 0

Təcili yardım maşını zədəli futbolçunun ayağının üstündən keçdi

Braziliyada gənclər arasında keçirilən futbol matçında kuryoz hadisə yaşanıb.

Goal.az-ın məlumatına görə, Flamengo ilə matçda Trinidad komandasının futbolçusu zədələnib. Zərərçəkmişə kömək etmək üçün tibbi personalı meydançaya gətirən elektromobil zədəli oyunçunun ayağının üstündən keçib.

Sürücünün məsafəni düzgün hesablamaması üzündən baş verən olaya rəğmən, futbolçunu meydançadan çıxarmaq mümkün olub və görüş “Trinidad”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.