Fransada güclü yanğın: 19 nəfər, o cümlədən yanğınsöndürənlər xəsarət alıb


Digərləri 10 Yan 2019 10:55:00 223 0

Fransada güclü yanğın: 19 nəfər, o cümlədən yanğınsöndürənlər xəsarət alıb

Fransanın Tuluza şəhərində yanğın baş verib.

Bakı. Fransanın Tuluza şəhərində yanğın baş verib. Trend-in məlumatına görə, hadisə gecə saatlarında köhnə yaşayış binasında qeydə alınıb. Əraziyə 90 yanğınsöndürən cəlb olunub. Bina sakinləri təxliyə olunub. Yanğın nəticəsində 19 nəfər, o cümlədən iki yanğınsöndürən xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır.