Kurtua ilə bağlı pis xəbər


İdman 10 Yan 2019 10:33:00 429 0

Kurtua ilə bağlı pis xəbər

Real-ın əsas qapıçısı Tibo Kurtua zədələnib.

Goal.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, 26 yaşlı qolkiperə sol qabırğalarla qarın arasında olan əzələnin zədəsi diaqnozu qoyulub. Onun bərpa müddəti barədə məlumat verilməyib.

"Marca" qəzeti isə belçikalı qapıçının təxminən 10 gün yaşıl meydanlardan uzaq qalacağını yazıb.

Qeyd edək ki, T.Kurtua ötən ilin avqustundan Real-ın şərəfini qoruyur.