Bakıda kişi arvadını polisə verib


Digərləri 10 Yan 2019 10:23:00 210 0

Bakıda kişi arvadını polisə verib

Paytaxtın Suraxanı rayonunda 28 yaşlı M.Y. öz 24 yaşlı həyat yoldaşı T.İ.-ni oğurluqda günahlandırıb.

Son.az-ın xəbərinə görə, bu barədə "Sputnik Azərbaycan"a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Şikayətçi bildirib, yanvarın 8-də həyat yoldaşı dörd min manatdan artıq pulu evdən çıxarıb. Kişi qadının bu pulları hara xərclədiyini bilmir. Hələlik faktla bağlı heç kim saxlanılmayıb.

Ümumiyyətlə, son vaxtlar polislər bir-birini ittiham edən cütlüklərlə bağlı faktlara daha tez-tez rast gəlirlər. Evli cütlüklər artıq öz daxmalarındakı mübahisələri, davaları ictimailəşdirməkdən çəkinmirlər. Özü də bu hal xüsusilə cavan ailələrdəki cütlüklər üçün xarakterikdir.

Yeri gəlmişkən, sutka ərzində paytaxtda 47 oğurluq faktı qeydə alınıb.