ABŞda hökumət iflic olub: Tram bir sual verdi,


Siyasət 10 Yan 2019 10:09:00 425 0

ABŞda hökumət iflic olub: Tram bir sual verdi,

ABŞ prezidenti Donald Trampın demokratların Senatla Nümayəndələr Palatasındakı liderləri Çak Şumer və Nensi Pelosi ilə görüşü yarımçıq bitib.

Son.az ABC-yə istinadən bildirir ki, Tramp görüşü elə ilk suala cavabdan sonra tərk edib.

Birləşmiş Ştatların prezidenti bu barədə Twitter profilində yazıb.

"Demokratlardan soruşdum ki, onlar ölkə hökumətindəki "şatdaun"u başa vurarsa, Meksika ilə sərhəddə divarın inşasını nəzərdə tutan sərhəd təhlükəsizliyi planını təsdiqləyəcəklərmi. Çak və Nensi rədd cavabı verdilər. Mən də onlara "Sağ olun" dedim. Bundan sonra heç nə işləyən deyil", - Tramp bildirib.

ABŞ-da hökumətin fəalliyyətini qismən dayandırması ("şatdaun") ötən ilin dekabrın 22-dən bəri davam edir. Hakimiyyət böhranının səbəbi ABŞ-ın Meksika ilə sərhədində hündür divarın inşasına maliyyənin ayrılmaması ilə bağlıdır.

2018-ci ilin dekabrında Donald Tramp bəyan etmişdi ki, əgər miqrantlara qarşı divarın inşasına maliyyə ayrılmasa, cənub sərhədlərini tamamilə qapadacaq.

Daha sonra Tramp yuxarısı şiş uclu dəmirlərdən ibarət olan divarın layihəsini göstərmiş və demişdi: "Demokratlar beton divarın inşasını istəmirlər. Bu səbəbdən də əks tərəfdə nələrin baş verdiyini görməyə imkan verən, bədii konstruksiyalı divar inşa etmək məcburiyyətində qalacağıq".