Samsung mikrodalğalı sobaları əla yardımçı!


Digərləri 10 Yan 2019 10:00:00 365 0

Samsung mikrodalğalı sobaları  əla yardımçı!

Bayramları sevməyən varmı? Lakin bayram hazırlığı və yemək bişirmək bizdən yetərincə güc tələb edir. İlk öncə, dadlı təamları hazır edirik, sonra isə bir necə gün onları yeyirik. Bu səbəbdən, ələxüsus bayram istirahətinin dərhal sonra, bişirilməsi az vaxt və güc tələb edən və həzm sistemini yükləməyən daha sadə yeməklər arzulayırıq. Burada Samsung mikrodalğalı sobaları köməyinizə çatar.

Koreya şirkətinin yeni nəsil sobaları innovativ üç fəzalı dalğa paylama texnologiyası ilə təchiz olunmuşdur. Bu sistem qidanı bərabər şəkildə qızdıraraq daha optimal şəraitdə hazırlamağa imkan yaradır. Bu texnologiyanın əsas fərqləndirici xüsusiyyəti burada əsas antena ilə yanaşı dalğaların geniş paylanmasını təmin edən iki əlavə antenanın da nəzərdə tutulmasıdır. Belə ki, məhz qeyd edilən üç antenanın istifadə edilməsi soba daxilində mikrodalğaların bərabər şəkildə paylanmasını təmin edir. Sadə dildə desək, adi sobalarda qızdırılma bir antena vasitəsi ilə həyata keçirilir və burada daxili kameranın müəyyən bir "nöqtəsi" isidilir. Triple Distribution System (mikrodalğaların üç fəzalı paylanması sistemi) sayəsində isə dalğalar örtük şəklində kameranın bütöv sahəsini əhatə edir. Nəticədə yeməyin istənilən hissəsində eyni hərarət müşahidə olunur. Beləliklə, daha az güc sərf edərək, qüsursuz nəticə əldə edirsiniz.