Dünyanın ən varlı adamı boşanır


Digərləri 10 Yan 2019 09:35:00 323 0

Dünyanın ən varlı adamı boşanır

"Amazon" korporasiyasının banisi və sahibi, dünyanın ən varlı adamı Ceff Bezons arvadından boşanmaq qərarını açıqlayıb.

Son.az bildirir ki, bu barədə o, Twitter-dəki akkauntunda məlumat yayıb.

"Boşanmaya rəğmən, mən və arvadım yaxın dost olaraq qalacağıq. Bir-birimizi tapdığımıza görə hədsiz dərəcədə bəxtmiz gətirib. Nikahda keçirdiyimiz hər ilə görə minnətdarıq", - iş adamı yazıb.

54 yaşlı Ceff və 48 yaşlı Makkenzi Bezoslar 25 il əvvəl evləniblər. Onların 3 oğlu və bir qızı var.

Yazıçı M.Bezosun "The Testing of Luther Albright" romanı 2006-cı ildə "American Book Award" mükafatına layiq görülmüşdü.

Bu ilin yanvarında "Amazon" korporasiyası dünyanın ən dəyərli şirkətlərinin reytinqinə başçılıq edib.

"Amazon"un banisi və sahibi Ceff Bezosun 128,1 milyard dollarlıq varidatı var.

San-Fransisko şəhərində doğulmuş Makkenzi Bezos Prinston Universitetində təhsil alıb. O, Cefflə Nyu-Yorkda, hec-fonda işə düzəlmək üçün müraciət edəndə tanış olub.

Ceff Bezosun dediyinə görə, biznes-imperiyasını yaradanda arvadı ona misilsiz yardımlar edib. "Amazon" kitab satışı üzrə internet-dükan kimi fəaliyyət göstərəndə Makkenzi şirkətin mühasibatı ilə məşğul olurdu.