Salyanda yol qəzasında xəsarət alan qadın xəstəxanada öldü


Digərləri 10 Yan 2019 09:39:00 430 0

Salyanda yol qəzasında xəsarət alan qadın xəstəxanada öldü

Salyanda baş verən yol qəzasında xəsarət alan qadın ölüb.

Bakı. Samir Əli - Salyanda baş verən yol qəzasında xəsarət alan qadın ölüb. Trend-in məlumatına görə, hadisə Bakı-Ələt-Astara yolunun 50-ci kilometrliyində baş verib. Yolun Salyan rayonu ərazisindən keçən hissəsində, Neftçala rayon sakini, 1956-cı il təvəllüdlü Mircəfər Ağalarov idarə etdiyi 47 AA 081 dövlət nömrə nişanlı "Renault" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və aşırıb.