Avtomatlaşdırılmış mağazalar daha çox qazanır


Digərləri 10 Yan 2019 08:51:00 477 0

Avtomatlaşdırılmış mağazalar daha çox qazanır

"RBC Capital Markets" analitik agentliyinin məlumatına görə, satıcısız və növbəsiz mağazalar adi mağazalarla müqayisədə orta hesabla 50%-dən daha çox gəlir qazandırır. Məsələ heyət xərclərinin azalmasında yox, alış-veriş prosesinin sadələşdirilməsindədir.   Son.az ICTnews-a istinadən bildirir ki, "Amazon Go" mağazasında qəbzin dəyəri 10 dollar təşkil edir, gündəlik gələnlərin sayı isə 550 nəfərdir. Nəticədə il ərzində 1 mağaza təxminən 1,5 milyon dollar,  belə formatda və ölçüdə olan adi mağaza isə ən çox 1 milyon gəlir qazandırır.   Şirkət 2021-ci ilədək 3 minədək belə mağaza açmağı planlaşdırır. Bundan başqa, indi şirkət aeroportlarda "Amazon Go" mağazalarının istifadəyə verilməsi ilə bağlı danışıqlar aparır.