Finlandiya əhalisi süni intellektlə işləməyi öyrənəcək


Digərləri 10 Yan 2019 08:55:00 428 0

Finlandiya əhalisi süni intellektlə işləməyi öyrənəcək

Finlandiya hakimiyyəti 1 milyon nəfəri (ölkənin yaşlı əhalisinin təxminən 25 faizi) süni intellekt və kompüter təlimi bacarıqlarını öyrətməyi planlaşdırır.

Son.az ICTnews-a istinadən bildirir ki, 2019-cu il ərzində Finlandiyada süni intellekt texnologiyalarının inkişafı strategiyası çərçivəsində 55 min nəfər və ya ölkə əhalisinin 1 faizi sistemlə işin əsaslarına yiyələnəcək.

Məlumata görə, 2018-ci ildə 6 min nəfər Helsinki Universitetində keçirilən biraylıq pulsuz "Elements of AI" kursu çərçivəsində süni intellektlə işləmək bacarığını mənimsəyib. Təlim çərçivəsində bütün arzu edənlər süni intellektin iş prinsipi ilə tanış ola və kompüter təliminin fəaliyyətini anlaya bilər. Proqramın təsvirində qeyd olunur ki, tələbələrdən kursu keçmək üçün əsas proqramlaşdırma biliklərinə malik olmaları tələb edilmir.