Sudanda etiraz aksiyaları: ölənlər və yaralananlar var


Dünya 10 Yan 2019 08:58:00 270 0

Sudanda etiraz aksiyaları: ölənlər və yaralananlar var

Sudanda keçirilən etiraz aksiyalarında növbəti toqquşmalar olub.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə ərəbdilli "Al Hadath" portalı məlumat yayıb.

Məlumatda bildirilir ki, toqquşmalar zamanı 2 nəfər həlak olub, daha 6 nəfər xəsarət alıb.

Sudanda etiraz aksiyaları bir neçə həftə əvvəl başlayıb. Buna səbəb yanacağın, çörəyin, unun qiymətinin bahalaşması və yüksək inflyasiyadır.