ABŞ Somaliyə hava zərbələrini artırıb


Dünya 10 Yan 2019 08:40:00 444 0

ABŞ Somaliyə hava zərbələrini artırıb

ABŞ Somalidə fəaliyyət göstərən "Aş-Şabab" terror təşkilatının obyektlərinə hava zərbələrini artırıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə ABŞ-ın Afrika Qüvvələri Komandanlığı (AFRICOM) məlumat yayıb.

Məlumata görə, ötən gün Bay rayonu ərazisinə endirilmiş hava zərbəsi nəticəsində qruplaşmanın 6 döyüşçüsü, iki gün əvvəl Bağdaad bölgəsində keçirilmiş əməliyyat zamanı isə 4 silahlısı zərərsizləşdirilib.