Unikal LG OLED TV R televizoru nümayiş olundu VİDEO


Digərləri 10 Yan 2019 08:41:00 258 0

Unikal LG OLED TV R televizoru nümayiş olundu  VİDEO

"LG" şirkəti Las-Veqasda keçirilən "Consumer Electronic Show 2019" istehlak elektronikası sərgisi çərçivəsində prototipi ötənilki sərgidə nümayiş olunan unikal "LG OLED TV R" televizorunu təqdim edib.

Son.az ICTnews-a istinadən bildirir ki, bu dəfə Cənubi Koreya istehsalçısı məhsulun cari ilin ikinci rübündə satışa çıxarılacaq final versiyasını nümayiş etdirib.

Məlumata görə, ötən bir il ərzində televizorun konstruksiyası təkmilləşdirilib, eləcə də keyfiyyətli həcmli səsləndirməni təmin edən 100 vatlıq "Dolby Atmos" səsucaldanı əlavə olunub. Televizor altlığın daxilinə yığılaraq yeri boşaltması və ekran lazım olan zaman düyməni basmaqla irəliyə çıxması ilə seçilir.

Bütün yığılma və açılma prosesi səssiz olmaqla bir neçə saniyə ərzində baş verir. Konstruksiyanın möhkəmliyinə gəldikdə, istehsalçı nümayəndələrinin sözlərinə görə, televizor 50 minədək belə dövrəyə dözümlüdür.

Bundan başqa, televizor panelin dörddə üçünü altlığın içində gizlədərək ekranın qalmış hissəsində musiqinin səsləndirilməsi və "ağıllı" qurğuların idarəetməsi üçün menyunu göstərməyə imkan verən maraqlı "Line Mode" rejiminə malikdir.