İranda ABŞ hərbçisinin həbs olundu


Dünya 10 Yan 2019 08:48:00 201 0

İranda ABŞ hərbçisinin həbs olundu

İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Bəhram Qasemi ABŞ vətəndaşı Maykl Uaytın saxlanıldığını təsdiqləyib.

Son.az "Report"a istinadən bildirir ki, XİN rəsmisi ABŞ vətəndaşının İranın şimal-şərqində, Məşhəd şəhərində saxlanıldığını deyib.

"İran Tehrandakı ABŞ Vətəndaşlarının maraqlarının qorunması Ofisi vasitəsilə Birləşmiş Ştatları ilk gündən Amerika vətəndaşının həbsi barədə məlumatlandırıb", - deyə Qasemi vurğulayıb.

"Daha əvvəl "The New York Times" ABŞ-ın Hərbi Hava Qüvvələrinin 46 yaşlı veteranı Maykl Uaytın İran həbsxanasında olduğunu xəbər verib.