Chrome OSlu ilk Asus planşeti təqdim olundu


Digərləri 10 Yan 2019 08:25:00 418 0

Chrome OSlu ilk Asus planşeti təqdim olundu

"Asus" şirkəti planşet kompüter buraxılışı üzrə istehsal xəttini yeni "Chromebook Tablet CT100" modeli ilə genişləndirib.

Son.az ICTnews-a istinadən bildirir ki, bu, şirkət tarixində "Chrome OS" əməliyyat sisteminin idarəetməsi ilə işləyən ilk qurğudur. Korpusu rezin şassi ilə təchiz edilən planşet 1 metr hündürlükdən düşməyə dözümlüdür.

Məlumata görə, yeni qurğunun ekran ölçüsü 9,7 düym, təsvir ölçüsü QXGA 2048 x 1536 piksel təşkil edir. Bundan əlavə, məlumatları elektron qələmlə (stilus) daxil etmək imkanından yararlanmaq olar. Planşetin əsasını məxsusi olaraq "Chrome OS" sistemli qurğular üçün hazırlanan altınüvəli "OP1" prosessoru təşkil edir. Akkumulyator tutumu 35 vatt-saata bərabər modelin operativ yaddaşı 4 giqabayt, quraşdırılmış yaddaşı isə 32 giqabaytdır. Bu, birgünlük aktiv iş üçün yetərli hesab olunur.