70% valideynlər axmaqdır, onların ucbatından uşaqlar travma alır, zəhərlənir və ölür


Digərləri 10 Yan 2019 08:11:00 452 0

70% valideynlər axmaqdır, onların ucbatından uşaqlar travma alır, zəhərlənir və ölür

25 ildir reanimasiyada uşaqları  ölümün caynağından xilas etməklə məşğul olan latviyalı həkim Peteris Klyava uşaqların üzləşdiyi ağır travmaların və ölümlə üz-üzə qalmalarının səbəbini valideynlərində görür.

Axmaq valideynlər, uşaqlarına əzab verməkdən sanki həzz alırlar - deyə həkim faktlara açıq gözlə baxmaq tərəfdarıdır.

Son.az medicina.az-a istinadən bildirir ki, uşaq ölümlərinin 90%-də günahkarın valideynlər olduğunu deyən həkim kiçik yaşlı uşaqları digər böyük uşaqların nəzarətində küçəyə, oynamağa buraxmağı ən axmaq addım hesab edir.

" Latviya Avropada yollarda avtombil vurmasından uşaq ölümü üzrə birinci yerdədir. Küçələrdə azyaşlı uşaqlar konki, rolik, velosiped sürür. Su mənbəyi olan yerlərdə dəstə-dəstə uşaq oynayır. Heç kim onlara nəzarət etmir.  Sərxoş ata uşağa nəzarət edə bilməz. Uşağı maşına əyləşdirib, özü sərxoş yola çıxır. Uşaq qəzaları, travmaların 90%-i nəzarətsizlikdən olur. Sonra da xəstəxanada səslərini başlarına atıb, həkimin yaxasından tuturlar ki, uşağımı xilas et. Uşağı xilas etmək birinci valideynin borcudur.

Hər il yüzlərlə uşaq qaynar sudan, qazdan, ocaqdan, kimyəvi maddələrdən yanır. Ata-ana nə edəcəyini bilmir. Həkimə gətirənə kimi uşağın bədəninə yüz cür vasitə sürtür. Halbuki yanmış uşağa bir yardımınız ola bilər: yanmış nahiyəyə dərhal soyuq su tökmək. 3-5 dəqiqə soyuq su tökmək ağrını, yanığın dərinliyini azaldır.

Çox valideynlərdən bu dəqiqə soruşsan ki, beynində, fikrində tutduğun önəmli məqamlar nədir: çoxu iş, karyera, pul, ailə deyəcək. Amma heç kim uşaqlarımız təhlükəsizliyi deməyəcək. Uşaq öz-özünə böyüyəcək? Xeyr.

Valideyn diqqətsizliyi, laqeydliyi ucbatından kanalizasiya təmizləyən kimyəvi maddə içən 4 yaşlı qızı xilas edə bilmədik.

Digər elə zəhərli maddəni içən uşağı xilas etmişdik amma ona Avropada 200.000 avroluq qaraciyər köçürməsi etdilər.

Qadınlar o qədər axmaqdır ki, hamamda, mətbəxdə belə yuyucu vasitələri ən aşağı şkafda saxlayır. Benzini, krotu limonad qablarına tökürlər. Uşaq da elə bilir adi sudur, içir.