Ehtiyatlı olmaq


Digərləri 10 Yan 2019 07:31:00 308 0

Ehtiyatlı olmaq

Kainat həssas bir müvazinət, mükəmməl bir ahəng və pozulmayan bir nizam içində yaradılmışdır. Kainatda meydana gələn hər şey Uca Allahın qoyduğu qanun və qaydalar çərçivəsində baş verir. Heç bir şey Ondan iznsiz baş vermir.

Allah-Təala biz bəndələrini müxtəlif formalarda imtahan etməkdədir. Qurani-Kərimdə belə buyurulur: "İnsanların öz əlləri ilə etdikləri üzündən quruda və suda fəsad əmələ gələr ki, Allah onlara etdiklərinin bir qismini daddırsın və bəlkə, onlar qayıtsınlar" (Rum, 41).

Son.az islam.az-a istinadən bildirir ki, insanların böyük bir qismi sel, zəlzələ, meşə yanğınları kimi təbii fəlakətlərin tez-tez baş verdiyi ərazilərdə yaşayırlar. Son zamanlarda tez-tez baş verən zəlzələ, sunami, qasırğa və daşqınlar bəşəriyyətin necə bir təhlükə altında olduğunu göstərir.

Belə olduğu zaman, harada və nə zaman baş verəcəyini dəqiq şəkildə bilmədiyimiz bəlalara qarşı daima hazır və tədbirli olmaq məcburiyyətindəyik.

Hörmətli möminlər!

"Allah nə yazıbsa, o da olacaq" deyərək özümüzü ölümə atmağımız düzgün deyil. Çünki Allah-Təala insana iradə azadlığı verib və buyurub ki, "Öz əlinizlə özünüzü təhlükəyə atmayın..." (Bəqərə, 195). Biz özümüzü hər cür bəladan, xəstəlikdən qorumağa çalışmalı, bunun üçün lazımi tədbirləri görməli, ondan sonra isə Allaha təvəkkül etməliyik. Necə ki, Hz Peyğəmbər (s.ə.s.) müsəlmanlara vəba olan yerlərə getməməyi tövsiyə etmişdir. Onu da əlavə etmişdir ki, əgər olduqları yerdə vəba varsa, həmin yerdən çıxmasınlar. Bütün bunlar Allahın əmrinə qarşı gəlmək, Onun yazısından qaçmaq deyil, əksinə Allahın əmanət olaraq verdiyi canı qorumaq üçün görülən tədbirlərdir. Amma bütün ehtiyat tədbirlərini gördüyümüzə baxmayaraq, yenə də hansısa bəlaya və yaxud xəstəliyə düçar olsaq, artıq bunu ilahi təqdir və imtahan kimi qəbul etməliyik.

Uca Allah Qurani-Kərimdə belə buyurur: