Kainat və insan


Digərləri 10 Yan 2019 07:41:00 493 0

Kainat və insan

Kainatı yoxdan yaradan Allahın varlığı bugünkü elm və texnologiya reallığının qarşısında inkaredilməz bir həqiqətdir. Həqiqətən də, elm inkişaf etdikcə başqa dinlər sarsılıb bu ortaya çıxan yeniliklərlə uzlaşa bilmədiyi halda, İslam dini elmə qucaq açır və müasir elmin ortaya çıxardığı heç bir yeniliklə təzad təşkil etmir.

Əziz müsəlmanlar!

Allahın varlığını isbat etmək, inkarçıları susdurmaq üçün elm adamları tərəfindən müxtəlif dövrlərdə müxtəlif dəlillər irəli sürülmüşdür. Kimisi kainatın varlığına, kimisi maddənin hərəkət və deformasiyasına, kimisi də kainatın nizamına və hər şeyin bir məqsəd üçün yaradılmış olduğuna diqqət çəkərək Allahın varlığını və birliyini isbat etməyə çalışmışlar.

Son.az islam.az-a istinadən bildirir ki, əgər Qurani-Kərimə nəzər salsaq görərik ki, onlarla yerdə Uca Allah bizi ətrafımıza, kainata nəzər salmağa çağırır, yer üzünü gəzib dolaşmağa, gördüklərimiz haqqında düşünməyə təşviq edir. Çünki bütün bunlarda Allahın varlığına açıq-aşkar dəlillər mövcuddur.

"Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, içərisində insanlar üçün mənfəətli şeylər olan gəmilərin dənizlərdə üzməsində, quruyan yer üzünü Allahın göydən yağmur yağdıraraq yenidən diriltməsində, cins-cins heyvanları onun hər tərəfə yaymasında, göylə yer arasında ram edilmiş küləyin və buludların bir səmtdən başqa səmtə döndərilməsində əlamətlər vardır" (Bəqərə, 164).

Hörmətli möminlər!

Həqiqətən də, əgər biz vaxtında lazımi diqqəti göstərərək bu ayələrin mənaları üzərində düşünsəydik, hər şeydə Allahın əlamətlərini sezər, hətta kainatın sirlərinə başqalarından daha əvvəl yiyələnmiş olardıq. Çünki bir çox təbiət qanunları (məsələn, cazibə qanunu, nisbilik nəzəriyyəsi, kainatın genişlənməsi nəzəriyyəsi) ortaya çıxdıqdan sonra sanki qəflət yuxusundan ayılmış kimi, Quranda bunlara olan açıq işarələri görməyə başlamışıq. Halbuki, Qurani-Kərim bizi bu işə təşviq edərək ətraf aləmlə tanış olmağa çağırır: