Böyük Britaniyada dronların uçuşunun qadağan edildiyi zonalar genişləndirilir


Dünya 09 Yan 2019 23:10:00 454 0

Böyük Britaniyada dronların uçuşunun qadağan edildiyi zonalar genişləndirilir

Böyük Britaniyanın nəqliyyat naziri Kris Qreylinq pilotsuz uçuş aparatlarının uçuşu qadağan edilmiş sahələri genişləndirəcəklərini açıqlayıb. Son.az AZƏRTAC-a istinadən bildirir ki, icmalar palatasında çıxış edən nazir hava limanlarının ətrafında qadağan edilmiş ərazilərin 5 kilometrədək genişləndiriləcəyini söyləyib.

O bildirib ki, 250 qramdan 20 kiloqrama qədər olan bütün pilotsuz uçuş aparatları qeydə alınacaq və polisə yeni səlahiyyətlər veriləcək. Bununla da gələcəkdə baş verə biləcək hər hansı bir xoşagəlməz halın qarşısını almaq mümkün olacaq.