"Apple" yeni "iPhone" modellərinin istehsalını təxminən 10 faiz azaldacaq


Digərləri 09 Yan 2019 23:04:00 193 0

"Apple" yeni "iPhone" modellərinin istehsalını təxminən 10 faiz azaldacaq

2019-cu ilin birinci rübündə "Apple" şirkəti yeni XS, XS Max, XR "iPhone" smartfon modellərinin istehsalını təxminən 10 faiz azaldacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ötən həftə son 16 ildə ilk dəfə "Apple"in gəlir proqnozu zəiflədiyindən səhmləri də ucuzlaşıb. "iPhone" istehsalının illik həcmi daha əvvəlki proqnozdakı 47-48 milyonadək deyil, 40-43 milyonadək azala bilər. Şirkət istehsalat həcminə dair proqnozlara şərh verməyib.