Karaqandada ermənilərin səbəbkar olduğu qarşıdurmalarla bağlı


Dünya 09 Yan 2019 23:07:00 423 0

Karaqandada ermənilərin səbəbkar olduğu qarşıdurmalarla bağlı

Qazaxıstanın Karaqanda şəhərində ermənilərin törətdiyi qətl və bununla əlaqədar yaranan qarşıdurmalarla bağlı 11 nəfər həbs edilib.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Qaqik Qalaçyan bildirib.

Bu gün Qazaxıstanın DİN rəhbərliyi ilə görüşdüyünü deyən səfir qeyd edib ki, hadisə ilə bağlı iki cinayət işi qaldırılıb. Bunlardan biri gəncin ölümünə (yerli sakinin ermənilər tərəfindən qətlə yetirilməsi-red) səbəb olmuş kütləvi dava faktı ilə bağlıdır. O, qeyd edib ki, həbs edilənlər arasında Ermənistan vətəndaşları da var. Daha bir erməni isə axtarışa verilib.