Sevgilisinin yanında ona axmaq deyən mühafizəçini bıçaqlayan şəxs Ali Məhkəməyə şikayət edib Bakıda


Kriminal 09 Yan 2019 22:00:00 404 0

Sevgilisinin yanında ona axmaq deyən mühafizəçini bıçaqlayan şəxs Ali Məhkəməyə şikayət edib  Bakıda

Binanın mühafizəçisini bıçaqlayan şəxs bəraət almaq məqsədi ilə Ali Məhkəməyə şikayət edib.

Son.az ölkə.az-a istinadən bildirir ki, cinayət məcəlləsinin 126.1-ci maddəsi ilə azadlıqdan məhrum edilən Ovçuzadə Mehdi Arif  oğlunun məhkəmə prosesi yanvar ayının 29-da hakim Gülzar Rzayevanın sədrliyi ilə keçiriləcək. 

Xatırladaq ki, 2018-ci ilin may ayında Bakı Ağır Cinayətlər Məhkəməsində mühafizəçini bıçaqlamaqda təqsirli bilinən Mehdi Ovçuzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Fikrət Qəribovun sədrlik ediyi kollegiyanın hökmü ilə Mehdi Ovçuzadə 1 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə hökmü elan edərkən zərərçəkmişə dəyən ziyanın ödənilməsini, zərərçəkmişlə barışıq olmasını yüngülləşdirici hal kimi nəzərə alıb.