Alimlər xərçəngin tez müəyyən edilməsi üsulunu tapıblar


Digərləri 09 Yan 2019 22:06:00 222 0

Alimlər xərçəngin tez müəyyən edilməsi üsulunu tapıblar

Harvard Tibb Məktəbinin və Bar-İlan adına Universitetin mütəxəssisləri immun sisteminin fəallaşması ilə bağlı mexanizm aşkarlayıblar. Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu mexanizm müdafiə hüceyrələrinə xərçəng hüceyrələrini daha səmərəli şəkildə aşkarlamağa və məhv etməyə şərait yaradır.

Alimlər virusabənzər genlərin hüceyrələrdə markalamasını işə salan prosesi ətraflı öyrəniblər. Mütəxəssislər bu mexanizmi sıxdıqları zaman immun sistemi həmin andaca xərçəng hüceyrələri ilə, xüsusilə də ağciyər xərçəngi və melanoma (bədxassəli şişlər) hallarında fəal şəkildə mübarizə aparmağa başlayıb.