Bütün xəstəliklərin çarəsi Soda məhlulu Məşhur professorun resepti


Digərləri 09 Yan 2019 22:10:00 367 0

Bütün xəstəliklərin çarəsi  Soda məhlulu  Məşhur professorun resepti

Məşhur rusiyalı həkim, sovet dövründə 30 il ərzində kosmonavtların sağlamlığına nəzarət edən professor İvan Neumıvakin qeyri-adi müalicə metodikaları ilə tanınır.

Son.az saglamolun.az-a istinadən bildirir ki, professorun fikrinə görə, xəstəliklərin əksəriyyətinin səbəbi orqanizmin Ph balansının pozulmasıdır. Müasir insanların orqanizminin mühiti turş olur ki, nəticədə bu bir çox xəstəliklərin inkişafına, o cümlədən xərçəngə yol açır.

Professor Neumıvakin sübut edirdi ki, orqanizmin daxili mühitinin qələviləşdirilməsi bizi ən ciddi və təhlükəli xəstəliklərin inkişafından qoruya bilər.

Professor daxili mühiti qələviləşdirmək məqsədi ilə ən sadə və ucuz vasitədən istifadə etməyi tövsiyə edirdi. Bu hər evdə olan adi sodadır.  

Soda necə qəbul olunmalıdır?

Sodanı isti suda (70-80 C) həll etmək lazımdır (soyuq suda olmaz!). Məhlul bir qədər soyuyanda (45-50 C) içilir. Bunu səhər və axşam yeməkdən əvvəl (acqarına) etmək lazımdır.