2019cu ildə 5G texnologiyasının tətbiqinə başlanılır


Digərləri 09 Yan 2019 21:21:00 226 0

2019cu ildə 5G texnologiyasının tətbiqinə başlanılır

Beşinci nəsil (5G) adlanan yeni texnologiyaya keçid sizin smartfonlarınızın və digər elektronika vasitələrin istifadəsini dəyişə bilər. 2019-cu ildə bu texnologiyanın tam tətbiqi və mobil telefonların yenilənməsi prosesi başlayır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 5G texnologiyası təkcə smartfonlarda deyil, həmçinin sənaye robotları, təhlükəsizlik kameraları, dronlar və bir-birinə məlumat ötürən avtomobillər üçün də yenilik olacaq. ABŞ və Çin rəsmiləri 5G şəbəkələri üzrə yarış elan ediblər. Belə ki, yeni texnologiyanın istifadəsi iqtisadi rəqabət sahəsində də üstünlük qazanmağa imkan verəcək.

Yanvarın 14-də Las-Veqasda və martda Barselonada açılacaq texnologiya sərgilərində də 5G rabitə standartları diqqət mərkəzində olacaq. AT&T və "Verizon" provayder şirkətləri artıq bu məsələdə liderliyi ələ alıblar. "Samsung" isə hər iki provayderin şəbəkəsindən istifadə edəcək smartfonları satışa buraxmağa hazırlaşır. "Apple" şirkətinin bu sahədə kütləvi istehsalı 2020-ci ildən tez gözlənilmir.