Avstriyada bu tarixdən polietilen torbaların istifadəsi QADAĞAN EDİLƏCƏK


Dünya 09 Yan 2019 21:30:00 450 0

Avstriyada bu tarixdən polietilen torbaların istifadəsi QADAĞAN EDİLƏCƏK

Avstriyada 2020-ci ildən etibarın polietilen torbalardan istifadə olunmayacaq.

Son.az xəbər verir ki, ölkədə plastik tullantıların azaldılması və ətraf mühitin qorunması məqsədi ilə polietilen torbaların istifadəsi qadağan ediləcək.

Bu barədə baş nazir Sebastiyan Kruz paytaxt Vyanada bəzi nazirlər, iş adamları və qeyri-hökumət təşkilatları sədrlərinin qatıldığı toplantıdan sonra təşkil edilən mətbuat konfransında informasiya verib.

Onun sözlərəinə görə, ölkədə "istifadə et, at" anlayışının qarşısı alınacaq.